Sumqayıt sakininə məxsus obyekt külə dönüb
NOCOMMENT.az xəbər verir ki, Bakı–Quba magistralının 51-ci kilometrliyində yanğın hadisəsi qeydə alınıb. Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Əzimov Anar Bəylər oğluna aid olan buxar otağında naməlum səbəbdən yanğın başlayıb.
Alov qısa zamanda bütün obyektə yayılaraq onu tamamilə məhv edib. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovu söndürərək ətraf ərazilərin təhlükəsizliyini təmin ediblər.
Yanğının başvermə səbəbləri araşdırılır.