GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistan və ABŞ TRIPP-də nəzarət səhm paketini əldə edəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün yekunlarına dair ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan birgə bəyanatda deyilir.
“Qeyd olunan müəssisədə səhmlərin 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq. Daha sonra İrəvanın payı 49 faizə qədər artırıla bilər.
“TRIPP Development Company” nəqliyyat marşrutlarının infrastrukturunun inkişafı hüququnu 49 il müddətinə əldə edəcək. Razılaşmanın qüvvəsi daha 50 il uzadıla bilər”, – bəyanatda bildirilib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.