“Eden Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunduğunu elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “CPC” MMC-nin fəaliyyətinə xitam verilərək “Eden Agro” MMC-yə qoşulması nəticəsində "Eden Agro" yenidən təşkil olunur.
Qeyd edək ki, “Eden Agro” MMC 13 yanvar 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 154 591 371.4 manat təşkil edir və qanuni təmsilçisi İslamzadə Nəsib Malik oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev.153 ünvanıdır.
"CPC" MMC 22 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 16 milyon 894 min 150,68 manatdır. Qanuni təmsilçisi Mehdiyev İbrahim Rəfail oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva, ev.93 ünvanıdır.
CPC MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə yeganə qarğıdalı emalı müəssisəsidir. Zavoda 2015-ci ilin dekabr ayından yenidən investisiya yatırılaraq fəaliyyəti genişləndirilib. İstehsal olunan məhsullara nişasta, qlükoza və yan məhsullar daxildir. “CPC” MMC Oğuz rayonunda yerləşir və ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir.