Dünya şöhrətli ispaniyalı müğənni işçilərini cinsi təcavüz obyektinə çevrməsi iddiaları ilə gündəmə gəlib...
Poliqon xəbər verir ki, ispaniyalı Xulio İqlesias barədə iki qadın iddia qaldırıb. Onlar müğənninin yanında işlədikləri zaman seksual zorakılığa məruz qaldıqlarını bildiriblər. İddialara görə, müğənninin ətrafında qorxu, təzyiq və “zorakılığın normallaşdırılması” mühiti hökm sürüb.
İspaniyanın elDiario.es qəzeti və ABŞ-nin Univision kanalı bildirir ki, ittihamlar artıq İspaniyanın məhkəmə orqanları tərəfindən araşdırılır. Hadisələr 2021-ci ildə baş verib və iddiaçılar bu olayların İqlesiasın Punta-Kana (Dominikan Respublikası) və Laiford-Key (Baham adaları) rezidensiyalarında yaşandığını deyirlər.
İddialardan biri, adı dəyişdirilərək Rebeka göstərilən ev qulluqçusu, müğənninin onu gecələr otağına çağırdığını və onun razılığı olmadan fiziki təcavüz etdiyini bildirib. O, həmçinin İqlesiasın onu digər işçi ilə üçlü cinsi fəaliyyətlərdə iştirak etməyə məcbur etdiyini, döydüyünü və intim bölgələrini əllədiyini iddia edib.
İkinci iddiaçı, Venesuelalı fizioterapevt Laura, müğənninin onu zorla öpdüyünü və sinəsini əllədiyini, davamlı olaraq işdən çıxarmaqla hədələdiyini, nə qədər yemək yeməsini və menstrual dövrünü izlədiyini bildirib. Laura həmçinin iş mühitini “zorakılığın normallaşması” kimi təsvir edib.
Xəbərdə qeyd olunur ki, elDiario.es və Univision jurnalistləri ittihamları sənədlərlə, şəkillər, yazışmalar, telefon məlumatları və tibbi hesabatlarla təsdiqləyirlər. Digər keçmiş işçilər isə iş mühitini “gərgin və qorxulu” kimi təsvir ediblər.
5 yanvar tarixində Rəbeka və Laura İspaniyanın Milli Məhkəməsinə rəsmi şikayət təqdim ediblər. İttihamlar arasında seksual zorakılıq və insan ticarəti də var.
İqlesiasın yaxın dostları və bəzi jurnalistlər ittihamları “tam yalan” adlandırıb, lakin İspaniya Bərabərlik Nazirliyi və bəzi siyasi liderlər işin “tam araşdırılmasını” tələb ediblər.
Poliqon.info