AZ

Yuliya Timoşenko da şübhə altına düşdü

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkənin Milli Antikorrupsiya Bürosunun (UMAB) mətbuat xidmətinin açıqlamasında belə deyilir. “Ukrainskaya pravda” və “Strana” nəşrlərinin məlumatına görə, sabiq baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyasının ofisində axtarışlar gedir. “Strana” qəzetinin ehtimalına görə, məhz Yuliya Timoşenko iş üzrə şübhəli sayıla bilər. “Bu, Yuliya Timoşenkodur. O, bir neçə deputatla pul müqabilində “Batkivşina” fraksiyasına keçmək və ya qeyri-rəsmi şəkildə qoşulmaq barədə danışıqlar aparırdı”, - Ali Radanın deputatı Aleksey Qonçarenko sosial şəbəkələrdə yazıb.

Ukrayna ordusuna keyfiyyətsiz sursat satmaq cəhdi olub

“Batkivşina” rəhbərliyinə partiya sədrinin birinci müavini İvan Kirilenko da daxildir. Xatırladaq ki, ötən il noyabrın ortalarından başlayaraq, Ukraynada korrupsiya qalmaqallarının gündəmə gəlməsi fonunda preizdent Volodimir Zelenskiyə yaxın bir sıra yüksək vəzifəli məmurlar istefa vermək məcburiyyətində qalıblar. Ötən həftə isə ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı qüvvələrinə (USQ) piyada və tank əleyhinə minaların alınması üçün ayrılmış 3 milyard qrivnaya (69,2 milyon ABŞ dolları) yaxın büdcə vəsaitini mənimsəmiş cinayətkar təşkilatın fəaliyyətinin qarşısını alıblar. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
azvision.az

1Mənbələr