Fransada tarixi dəyişiklik: ölümlər doğumları üstələyib
Ajans.az xəbər verir ki,bu barədə “Le Monde” qəzeti Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə, 2025-ci ildə ölkədə 651 min ölüm, 645 min doğum qeydə alınıb. Doğum göstəricilərindəki bu azalma qlobal COVID-19 pandemiyasının başlanğıcından sonra daha da kəskinləşib. Qeyd olunur ki, Fransa uzun müddət Avropanın əksər ölkələri ilə müqayisədə daha əlverişli demoqrafik göstəricilərə malik olub. Lakin əhalinin sürətlə yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi ölkəni Avropada dövlət maliyyəsinə ciddi təzyiq göstərən demoqrafik böhran qarşısında daha həssas vəziyyətə salır.