AZ

Sankt-Peterburqda terrorun QARŞISI ALINDI – Qadın bomba ilə TUTULDU

FSB Sankt-Peterburqda terror aktının qarşısını alıb.

İnterpress.az xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Sankt-Peterburqda planlaşdırılan terror aktının qarşısını alıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı olan qadın saxlanılıb. Əvvəllər Ukraynada yaşayan bu şəxsin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən ələ alındığı (verbovka edildiyi) bildirilir.

Qadın üçüncü ölkələrdən keçərək Rusiyaya gəlib. Onun tapşırığı Leninqrad vilayətindəki müdafiə sənayesi müəssisələrindən birinin əməkdaşını qətlə yetirmək olub.

O, Smolensk vilayətində gizli saxlanc yerindən (taynikdən) bomba götürməyə cəhd edərkən FSB əməkdaşları tərəfindən həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
61
1
interpress.az

2Mənbələr