AZ

Məntiqin vasitə kimi öyrədilməsi onun təsirini zəiflədir - Təhsil eksperti

14 yanvar – Dünya Məntiq Günü cəmiyyət üçün çox vacib bir mövzuya diqqət çəkmək baxımından əlamətdar gündür. Məntiq təkcə fəlsəfi anlayış deyil, düşünmə mədəniyyətinin, analitik yanaşmanın və düzgün qərarvermənin əsas sütunlarından biridir. Təhsildə məntiqin yeri isə birbaşa olaraq şagird və tələbələrin düşünmə keyfiyyəti ilə ölçülür.

Bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a bildirib. Onun sözlərinə görə, Azərbaycanda vəziyyətə baxsaq, məntiq fənni birbaşa və sistemli şəkildə bütün məktəblərdə ayrıca fənn kimi tədris olunmur:

"Ümumtəhsil məktəblərində məntiq elementlərinə əsasən riyaziyyat, informatika, ana dili və qismən də həyat bilgisi kimi fənlərin tərkibində rast gəlinir. Lakin bu yanaşma daha çox mövzudaxili bacarıqlar səviyyəsində qalır və şagirdlərdə ardıcıl, strukturlaşdırılmış məntiqi düşüncə vərdişi formalaşdırmaq üçün kifayət etmir. Məntiq ayrıca məqsəd kimi yox, vasitə kimi təqdim olunur ki, bu da onun təsirini zəiflədir".

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr