AZ

Bakı-Sumqayıt marşrutlarında gedişhaqqı artırıldı: Yanacaq qiymətləri nəqliyyata təsir edəcək?

Bakı.Trend:

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpikartırılaraq 90 qəpik olub. Bu dəyişiklik Azərbaycanda yanacağınqiymətindəki artımın nəqliyyat sektoruna təsirinin bir nümunəsikimi qiymətləndirilir. Yanacaq xərclərinin yüksəlməsi bu sahədəfəaliyyət göstərən bütün subyektlərə birbaşa təsir göstərir.Xüsusilə taksi xidmətləri və ictimai nəqliyyat üçün yanacaq əsasxərc amillərindən biri olduğundan, qiymət artımı gedişhaqqıtariflərinin dəyişdirilməsini gündəmə gətirir. Buna görə dəsərnişinlərin gündəlik xərcləri və nəqliyyat şirkətlərinin maliyyədayanıqlığı birbaşa təsirlənir. Uzun müddətdə yanacaq qiymətininartımı nəqliyyat şirkətlərinin investisiya planlarına vəgöstərdikləri xidmətin keyfiyyətinə də təsir edə bilər. Eynizamanda sərnişinlərin alternativ nəqliyyat vasitələrinə üstünlükverməsi və ya ictimai nəqliyyatdan istifadənin azalması kimisosial-iqtisadi nəticələr də gözlənilir. Bu səbəbdən hökumətintarif siyasəti və yanacaq subsidiyaları məsələsi xüsusilə böyükəhəmiyyət kəsb edir.

Yanacaq qiymətlərində baş verən artım nəqliyyatdagedişhaqqı tariflərinin dəyişməsinə səbəb olacaq?

Mövzu ilə Trend-ə açıqlamasında Nəqliyyat eksperti RaufAğamirzəyev bildirib ki, avtoparkların əksər hissəsinielektobuslar, sıxılmış təbii qazla işləyən avtobuslar təşkil edir.Taksi parkının da yenilənmələrdən sonra əsas hissəsielektomobildir.

"Bu səbəbdən yanacaq qiymətlərindəki artım gedişhaqlarınınminimal dərəcədə dəyişməsinə səbəb ola bilər. İctimai nəqliyyatdabaş verən son qiymət artımında da qeyd olunub ki, yalnız tələblərəcavab verən avtobusların tarifləri dəyişib”, - ekspertvurğulayıb.

R. Ağamirzəyev bildirib ki, bu il “Brutto müqavilə”nin tətbiqiçərçivəsində daha maraqlı proseslər gözlənilir:

"Cari ildə 15% nağd ödənişlə işləyən avtobusların da nağdsızödəniş sisteminə keçidini təmin etmək lazımdır. Bu gün güzəştqrupları tələbələr, təqaüdçülər, müharibə veteranları üçün fərdibilet paketlərinin və 90 dəqiqəlik pulsuz tranzit imkanlarınıntətbiqi ümumi xərclərin optimallaşdırılmasına zəmin yaradır və bu,daha vacibdir".

Nəqliyyat eksperti Eldəniz Cəfərli isə Trend-ə açıqlamasındabildirib ki, yanacağın qiyməti 5–10% civarında dəyişib.

"Bu dəyişikliyə görə ictimai nəqliyyatda və taksidə gediş haqqıartmayacaq. Ümumiyyətlə, taksidə gediş haqqı dəyişən tarifləmüəyyən olunur və tələb-təklif əsasında formalaşır", - ekspertqeydedib

O əlavə edib ki, taksidə istifadə olunan nəqliyyat vasitələrininböyük əksəriyyəti hibrid modellərdir və bu, müəyyən xərclərinazalmasına səbəb olur.

"Başqa sözlə, dizel yanacağı və benzinin qiymətinin 5%yüksəlməsi nəqliyyatda tariflərin artmasına gətiribçıxarmamalıdır", - deyə E. Cəfərli vurğulayıb.

Məqalədə:
Seçilən
53
7
az.trend.az

8Mənbələr