ABŞ Prezidenti Mİçiqan ştatındakı zavod səfəri zamanı işçi ilə qarşıdurmaya girib...
Poliqon xəbər verir ki, TMZ portalı Trampın Ford zavoduna səfəri zamanı işçi ilə kəskin mübahisəsinin video görüntülərini yayıb. İşçi Trampı “pedofil qoruyucusu” adlandırdıqdan sonra ABŞ prezidenti bir neçə dəfə təhqiramiz ifadələr işlədib və ona orta barmaq göstərib.
Qeyd edək ki, Epstein 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorluq bildirmişdi ki, 2002–2005-ci illərdə o, evinə Manhettendə onlarla azyaşlı qızları dəvət edib, ən gənc qız 14 yaşında olub. Epsteinin dost və tanış çevrəsinə ABŞ-nin və digər ölkələrin yüksək vəzifəli şəxsləri, keçmiş dövlət başçıları, samballı iş adamları və məşhur simalar daxil idi. ABŞ-də maliyyəçiyə qarşı cinayət işi onun 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.
Poliqon.info