AZ

Buraxılış imtahanları: “4 səhv 1 düzü aparmalıdır”

Buraxılış imtahanlarında qəbul imtahanlarından fərqli olaraq səhv cavablar düzgün cavabları aparmır. Bu, abituriyentlərdə özünə inam yaradır. Lakin bir çox hallarda abituriyentlər buraxılış imtahanını kifayət qədər önəmsəmirlər.

Buraxılış imtahanlarında da "4 səhv 1 düzgün cavabı aparır” qaydasının tətbiqi mümkün və məqsədəuyğundurmu?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.

O, qeyd edib ki, əgər qəbul imtahanında 4 səhv 1 düzü aparırsa, bu qayda buraxılış imtahanında da mütləq tətbiq olunmalıdır:

"Bizdə həm buraxılış, həm də qəbul qaydaları o qədər sərtdir ki, bu, məzun olanların tez bir zamanda məktəbi bitirməyə yönəlməsinə səbəb olur. Praktiki olaraq, əgər qəbul (blok) imtahanında 4 səhvin 1 düzü aparması mexanizmi tətbiq olunursa, bu qayda buraxılış imtahanında da tətbiq edilməlidir.

Bu tətbiqin olmaması abituriyentlərdə xüsusi bir özünəinam yaradır. Bu zaman şagird düşünür ki, bildiklərini yazır. Nəzərə alsaq ki, imtahanlar test sistemi ilə keçirilir, abituriyentlər biliklərinin dərinliyinə getmədən, öz ifadələri ilə desək, variantları “atıb-tutmaqla” kifayətlənirlər ki, əsas məqsəd məzun olmaqdır".

M.Məmmədli əlavə edib ki, attestat balı qəbul imtahanı üçün əsas meyarlardan biri kimi götürülsə, müəllimin də nüfuzu artar:

"Çünki şagird artıq bilər ki, zəif qiymətlər aldığı halda attestat ala bilməyəcək və əlavə meyarlar tətbiq olunacaq. Bu isə müəllimin şagird üzərində müəyyən dərəcədə nüfuzunun formalaşmasına səbəb olar.

Ümumilikdə isə, əgər qəbul imtahanında 4 səhv 1 düzü aparırsa, bu qayda buraxılış imtahanında da mütləq tətbiq olunmalıdır".

Seçilən
6
azedu.az

1Mənbələr