Bakı. Trend:
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilənmüşavirə bir daha göstərdi ki, Bakı şəhəri və Abşeron yarımadasınınsu təchizatı, tullantı və yağış suları sistemlərinintəkmilləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindənbiridir.
Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O bildirib ki, dövlət başçısının vurğuladığı kimi, paytaxt vəətraf ərazilərin su problemlərinin həlli uzun illərdir icra olunaniri infrastruktur layihələri arasında xüsusi yer tutur: “Təsadüfideyil ki, bu məsələ təkcə kommunal təminat məsələsi deyil, eynizamanda, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, şəhərmühitinin sağlamlaşdırılması və dayanıqlı inkişaf məqsədlərininreallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə içməlisu və kanalizasiya problemləri insanların gündəlik həyatında ciddiçətinliklər yaradırdısa, bu gün ardıcıl və məqsədyönlü dövlətsiyasəti nəticəsində ölkənin əksər şəhər və rayonlarında bu sahədəəsaslı dönüş əldə olunub. Prezident İlham Əliyevin çıxışı onugöstərir ki, dövlət bu prosesi yarımçıq hesab etmir və 2026–2035-ciilləri əhatə edən Dövlət Proqramı ilə problemin kompleks,uzunmüddətli və davamlı həllini qarşıya məqsəd qoyur”.
Millət vəkili son 20 ildə həyata keçirilən genişmiqyaslıinfrastruktur islahatalarının Azərbaycanın inkişaf modelinin əsassütunlarından birinə çevrildiyini vurğulayıb: “Dövlət başçısınınçıxışında qeyd olunduğu kimi, əldə olunan nəticələr, o cümlədənqazlaşma səviyyəsinin 96 faizə çatdırılması təkcə sosial rifahgöstəricisi deyil, həm də ölkənin enerji müstəqilliyinin realifadəsidir. Bir zamanlar daxili tələbatı ödəmək üçün qaz idxal edənAzərbaycan bu gün artıq ondan çox ölkənin enerji təhlükəsizliyinətöhfə verən etibarlı tərəfdaşdır. Eyni yanaşma su təsərrüfatısahəsində də özünü açıq şəkildə göstərir. “Taxtakörpü” və“Şəmkirçay” kimi iri su anbarlarının inşası, “Ceyranbatan” suanbarının tam yenidən qurulması Bakının və regionların sutəhlükəsizliyini təmin edən həlledici addımlar olub. Əgər bulayihələr vaxtında icra edilməsəydi, bu gün paytaxtın və Qərbbölgəsinin su təchizatı ciddi risklərlə üz-üzə qala bilərdi. Dövlətbaşçısının çıxışında bu faktların xüsusi vurğulanması görülənişlərin miqyasını və strateji əhəmiyyətini bir daha nümayişetdirir. Müşavirədə səsləndirilən əsas mesajlardan biri də ondanibarətdir ki, dövlətin məqsədi təkcə mövcud problemləri aradanqaldırmaq deyil, gələcək çağırışlara hazır olmaqdır. Əhalinin,sənayenin və kənd təsərrüfatının dayanıqlı su ilə təmin olunması,su mənbələrinin qorunması, su anbarlarının potensialınınartırılması və uçot sisteminin tam formalaşdırılması əsasprioritetlər sırasındadır. Bu yanaşma su ehtiyatlarının yalnızbugünkü tələbat üçün deyil, uzunmüddətli perspektivdə səmərəliidarə olunmasına xidmət edir. Mövsümi suların toplanması və ilboyuistifadəsinin planlaşdırılması isə iqlim dəyişiklikləri fonundaxüsusilə aktualdır. Beləliklə, Bakı və Abşeron üzrə nəzərdə tutulanDövlət Proqramı sosial rifahın yüksəldilməsi ilə yanaşı, iqtisadiinkişafın, ekoloji tarazlığın və milli təhlükəsizliyinmöhkəmləndirilməsinə xidmət edən uzaqgörən və məsuliyyətli dövlətsiyasətinin növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir”.