AZ

Səhv düşəndə yerimiz Qabil

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şeirini təqdim edir.

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,

Buludlar xəsis...

Yağış tökür talışa

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq biz,

Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızıl gül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

1969

Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

Dəliliklə müdrikliyin sərhədində - Tarkovski filmləri niyə hər kəs üçün deyil?

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
kulis.az

2Mənbələr