ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış kanadalı aktyor Kifer Sazerlend Hollivudda taksi sürücüsünə hücum etməkdə şübhəli bilinərək saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Los Angeles Times" nəşri məlumat yayıb.
İstintaq nəticəsində məlum olub ki, sonradan Kifer Sazerlend kimi tanınan şübhəli şəxs taksiyə minib və sürücüyə hücum edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənin ciddi xəsarət almadığını dəqiqləşdiriblər.
Tanınmış aktyor hadisə yerində saxlanaraq, şəhər həbsxanasına aparılıb. O, 50 min dollar girov müqabilində sərbəst buraxılıb. Məhkəmə iclası fevralın 2-nə təyin edilib.
Aktyor daha çox "Emmy" və "Qızıl Qlobus" mükafatlarını qazandığı "24 saat" serialındakı rolu ilə tanınıb. Sazerlend 70-dən çox film və teleserialda rol alıb. O, əvvəllər sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə də saxlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.