AZ

SON DƏQİQƏ: Azərbaycanda seçkiyə hazırlıq başladı

Vətəninfo.az saytının əldə etdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası respublika üzrə dairə və məntəqə seçki komissiyalarının rəhbərlərinə seçici siyahılarının formalaşdırılması ilə bağlı göstəriş verib. Artıq seçici siyahılarının hazırlanmasına başlanılıb.

Məlumata əsasən, yaxın aylarda Azərbaycanda seçki prosesinin keçirilməsi planlaşdırılır. Bildirilir ki, söhbət referendumdan gedir.

Referendumda bir neçə mühüm məsələ nəzərdə tutulur. Bunlara yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, Milli Məclisdə millət vəkillərinin sayının artırılması, həmçinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər daxildir.

Mənbənin məlumatına görə, referendum çərçivəsində Naxçıvan Ali Məclisinin sədrinin səlahiyyətlərinin ləğv edilməsi, eyni zamanda Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi də nəzərdə tutulur.

Seçilən
140
1
veteninfo.az

2Mənbələr