AZ

Sürücü niyə avtobusun içində namaz qılmalıdır? Mübahisə böyüdü

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avtobusda namaz qılan sürücü ilə bağlı məsələ ətrafında müzakirələr səngimir. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu normal qarşılamır, digərləri isə sürücülər üçün lazımi şəraitin yaradılmadığını düşünür.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev də qeyd edib ki, avtobus sürücülərinin normal şəraitdə çalışmaq və ibadət etmək hüququ var. Onun sözlərinə görə, bu istiqamətdə dəfələrlə məsələ qaldırılsa da, hələlik real və sistemli dəyişikliklər müşahidə olunmur.

Sürücülərin iş şəraitinin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, sürücülər üçün şərait yaradılmalıdır:

“Qidalanma insanın əsas ehtiyaclarından biridir, eyni zamanda ibadət otaqlarının yaradılması da vacib şərtlər sırasına daxildir. Əslində, bunlar təbii ehtiyaclardır. Çünki sürücülük peşəsi gərginlik, əsəb və stresslə müşayiət olunur. Bu işi icra edərkən sürücülər istər-istəməz psixoloji təzyiq altında qalırlar. Xüsusilə Bakı şəhərində avtomobil idarə etmək ciddi stress mənbəyidir. Tıxac şəraitində uzun müddət sükan arxasında olmaq insanlara mənfi təsir göstərir. Bu baxımdan sürücülərin fiziki və psixoloji rahatlığının təmin edilməsi mühüm əhəmiyyət daşıyır”.

Yasin Mustafayev

Ekspertin fikrincə, insanların dini inanclarına müdaxilə etmək olmaz:

“İbadət etmək istəyənlər üçün minimal şəraitin yaradılması vacibdir. Sürücülər daim sükan arxasında olurlar və qısa fasilə zamanı namaz qılmaq, dəstəmaz almaq və ya yemək yemək onların bir qədər mühitdən uzaqlaşmasına, fikirlərini toplamasına kömək edir. Bu da nəticə etibarilə onların işinə daha diqqətli və məsuliyyətli yanaşmasına şərait yaradır. Sürücü niyə avtobusun içində namaz qılmalıdır? Əgər ona hətta kiçik, məsələn, iki-dörd kvadratmetrlik bir məkan ayrılarsa, o, ibadətini orada rahat şəkildə yerinə yetirə bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
globalinfo.az

1Mənbələr