AZ

Ötən il orta illik inflyasiya 6%-ə yaxın olub

Bakı. Trend:

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cüilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları,alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qidaməhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərüzrə 105,7 faiz təşkil edib.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin dekabrayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz,yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən105,6 faiz təşkil edib.

2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər vətütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayanisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilinmüvafiq dövrünə nisbətən 106,8 faiz təşkil edib.

Cari ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qidaməhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının,mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın,pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın,qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirinbibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin,arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın,kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağınqiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarınınqiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlakqiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabraylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiztəşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qidaməhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının,zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin,qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabunununqiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarınınqiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 106,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki aylamüqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşmaəsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərininvə istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digərödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər başverməyib.

Seçilən
37
36
az.trend.az

10Mənbələr