AZ

Rusiyada körpələrin kütləvi ölümündən sonra iki həkim SAXLANILIB

Ajans.az xəbər verir ki,bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Komitənin rəsmi sözçüsü Svetlana Petrenko bildirib ki, saxlanılan şəxslər peşə vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə həbslə bağlı istintaqa cəlb olunublar. Hadisələr 2026-cı il yanvarın 4-dən 12-dək baş verib. Müstəntiqlər həkimlərin səhlənkarlıq və səhlənkarlıqdan ölümə səbəb olmaqda şübhəli olduğunu bildirirlər. Hazırda istintaq hərəkətləri davam edir, ittihamlar və məhkəməyəqədər həbs tədbirləri nəzərdən keçirilir. Qeyd edək ki, 13 yanvarda Novokuznetsk 1 nömrəli doğum evində Yeni il tətili zamanı doqquz körpənin öldüyü xəbər verilib. Regional Səhiyyə Nazirliyinin məlumatına görə, bütün uşaqlara uşaqlıqdaxili infeksiyalar diaqnozu qoyulub. Həmçinin bildirilir ki, 2024-cü ildən bəri bu doğum evində 150 qanun pozuntusu aşkar edilib. Xəstələr müəssisəni “cəhənnəm yeri” adlandıraraq, işçilərin laqeydliyindən şikayətlənirlər.

 

Seçilən
85
Ajans.az

1Mənbələr