ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Çinin qarlı meşə parkında Amur pələngləri görüntülənib. Fotolardan aydın olur ki, Çinin şimal-şərqində, Heyluntszyan əyalətinin Mancuriya ərazisindəki meşə parkında Amur pələngləri tamamilə qorxusuz dolaşır.
Reyting.az-ın məlumatına görə, birinci dərəcəli dövlət mühafizəsində olan bu nadir növə aid zolaqlı yırtıcılar buradakı qarlı cığırlarda sərbəst gəzirlər.
Çin Amur pələnglərindən olan cins növlərin sayını artırmaq üçün dövlət səviyyəsində çox böyük tədbirlər həyata keçirir.
Heyvanların fotolarını Çinin "Sinxua" Xəbər Agentliyi təqdim edib.




Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.