AZ

Maşını cərgədən kənara çıxarıb təkərləri yola fırladan sürücü maneə yaratdı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda özünü düşünərək parklanma edən sürücü digər avtomobillərə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 29-da, paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, 01-CC-062 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü digərləri kimi bir cərgə üzrə park etməyib. Videodan da aydın şəkildə görünür ki, avtomobilin yan tərəfi hərəkət hissəsinə doğru çıxıb. Bu azmış kimi sürücü avtomobilin təkərlərini də yola tərəf fırladıb. Nəticədə oradan keçən digər sürücülər maneə ilə üz-üzə qalıblar.

Sözügedən videonu təqdim edirik.

Fərid

Oxunub 288

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
avtosfer.az

1Mənbələr