AZ

“Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə olunmayıb” - Mirzoyan

“Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə olunmayıb”.

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, TRIPP birgə Ermənistan-Amerika biznes layihəsi olduğundan belə bir məsələ müzakirə olunmayıb.

Mirzoyanın sözlərinə görə, blokadanın qaldırılmasının daha geniş kontekstində Türkiyə tərəfinin iştirakı olmadan böyük bir logistik keçidin təmin edilməsinin, eləcə də Ermənistanın blokadasının qaldırılmasının mümkün olmayacağı aydındır.

Siyasətçi qeyd edib ki, Türkiyə ilə kifayət qədər yaxşı müzakirələr aparılır və onlar yaxın gələcəkdə nəticə verəcək.

Mirzoyan hesab edir ki, Türkiyənin kommunikasiyaların bir hissəsinə çevrilməsi məntiqlidir, lakin konkret olaraq TRIPP vasitəsilə deyil, bəlkə də TRIPP-in davamı kimi.

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr