Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı deputatların rüşvətlə ələ alınması ilə bağlı ittihamlar irəli sürülüb...
"Batkivşçina" partiyasının lideri bütün ittihamları rədd edir və ofisində axtarışların keçirildiyini təsdiqləyib.
Poliqon xəbər verir ki, "Ukrainskaya Pravda" qəzeti Yuliya Timoşenkoya qarşı deputatların rüşvətə cəlb olunması ilə bağlı ittihamların irəli sürüldüyünü yazıb.
"Batkivşçina" partiyasının rəhbəri isə bütün ittihamları rədd edir və Kiyevdəki partiya ofisində axtarışların keçirildiyini təsdiqləyib.
Qeyd edək ki, dünən gecə "Batkivşçina" partiyasının qəargahında axtarış aparılıb. Axtaışdan sonra NABU müstəntiqləri Timoşenkoya qarşı Ali Rada deputatlarını ələalmaq və öz partiyasının sıralarına keçirmək üçün rüşvət təklif etməsi ittihamı ilə cinayət işi açıblar.
Hazırda araşdırmalar davam edir və məhkəmə prosedurlarının gedişi ictimaiyyət üçün diqqətlə izlənilir.
Poliqon.info