AZ

İran qlobal internetdən İMTİNA EDİR – Ölkə xarici dünyaya QAPANIR

İran ölkəni qlobal internetdən ayırmağa hazırlaşır.

İnterpress.az xəbər verir ki, İranda rəqəmsal blokada ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Məlumata görə, ölkənin qlobal internet şəbəkəsindən tamamilə ayrılması planlaşdırılır.

İranın Dövlət Teleradio Şirkəti (IRIB) artıq ölkə daxilində əlçatan olacaq saytların və xidmətlərin siyahısını dərc edib.

Siyahıya yerli axtarış sistemləri, naviqasiya xidmətləri, messencerlər və hətta “Netflix” analoqu olan yerli film izləmə platforması daxildir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
36
interpress.az

1Mənbələr