AZ

Azərbaycan İsveçdən orqanik gübrə tədarük etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 1 min 237 ton heyvan və bitki mənşəli gübrə (orqanik) idxal edib.

XQ Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 7 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,32 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % az) 1 min 35 ton (-12 %), İtaliyadan 402 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 44,85 ton (-52 %), Çindən 99,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 65 ton (+2,5 dəfə), İspaniyadan 98,8 min ABŞ dolları dəyərində (+9 dəfə) 44,55 ton (+11 dəfə), Gürcüstandan 56,7 min ABŞ dolları dəyərində 18 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən tədarük (36,3 min ABŞ dolları dəyərində 21,5 ton) həyata keçirilib.

Seçilən
27
xalqqazeti.az

1Mənbələr