AZ

Rza Cəfərov israrlıdı, “Neftçi” razı deyil – Transfer düyünü

“Neftçi”nin qapıçısı Rza Cəfərovun bir müddətdir başqa klublardan təklifləri olduğu mətbuatda yazılır. Millimizin üzvünün “Qələbə”ya keçməyə yaxın olduğu bildirilsə də, hələlik transfer yekulaşmayıb.

Buna səbəb Cəfərovun legioner həyatı yaşamaq istəməsidir. “Ağ-qaralar”da ehtiyatda qalmaq istəməyən futbolçu karyerasını ölkəxaricində davam etdirmək niyyətindədi.

O, bir müddətdir Finlandiyanın HİK klubunun gündəmindədi. Sözügedən klub bir neçə dəfə paytaxt təmsilçisi ilə danışıq aparıb.

HİK qolkiper üçün “Neftçi”yə 300 min avro təzminat və sonrakı satışdan 20 faiz pay verilməsini təklif edir. Ancaq “flaqman” bunu qəbul etmir.

Rəhbərlik Rza Cəfərov üçün daha yüksək məbləğdə transfer haqqı tələb edib. Deyilənə görə, “flaqman” oyuçuya qarşılıq 600-700 min avro arası təzminat istəyib.

Bu isə Helsinki təmsilçisinin geri çəkilməsinə səbəb olub.

Azərbaycanlı oyunçu isə israrla ayrılmaq istəyir. O, Finlandiyadan gələn təklifinin özü üçün fürsət olduğunu düşünür.

Bu səbəbdən də hələlik ölkəmizdən gələn təklifləri ikinci planı atıb. Rza Cəfərovun “Neftçi”dəki taleyi qış toplanışından sonra bəlli olacaq.

Həsən Quluzadə / İdmanxeber.az

 

Seçilən
61
idmanxeber.az

1Mənbələr