AZ

Mirzoyan və Rubio Bakıda saxlanılan ermənilərin məsələsini müzakirə ediblər

Ermənistan xarici işlər naziri və ABŞ dövlət katibi Bakıda saxlanılan erməni vətəndaşların məsələsini müzakirə ediblər.

Herbiand.az xəbər verir ki, bu barədə erməni nazir Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı görüşdən sonra Vaşinqtondan canlı yayım zamanı bildirib.

Məhbuslar məsələsinin müzakirə olunub-olunmadığı ilə bağlı suala cavab olaraq Mirzoyan həm ikitərəfli məsələlərin, həm də TRIPP-in perspektivlərinin müzakirə olunduğunu bildirib: “Hazırda sülh və əməkdaşlığın müsbət tendensiyası ilə bir qədər ziddiyyət təşkil edən bütün mümkün maneələr müzakirə olunub. Bu, məsələlərdən biridir”.

Bunun mümkün addımların və yardımın müzakirə olunduğu anlamına gəlib-gəlmədiyi soruşulduqda, nazir bildirib ki, Azərbaycanda saxlanılan şəxslərin məsələsi müzakirə olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr