ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Bloger Aysel Şükürova AZAL-dan şikayət edib.
Axşam.az xəbər verir ki, bloger ötən gün xaricdən qayıdarkən təyyarədə qorxulu anlar yaşadığını bildirib. O qeyd edib ki, təyyarə narahat olub və yolboyu qorxudan "panik-atak" keçirtdiyi üçün ağlayıb:
"Uçuş boyu 45 dəqiqə ancaq ağlamışam, qışqırmışam, elə bil təyyarə yerindən çıxırdı. Panik-atakım necə tutmuşdusa heç cür sakitləşə bilmirdim. Uzun aradan sonra hələ belə bərbad uçuşumuz olmamışdı. Çox bərbad. Təyyarə bərbad idi. Enəndən sonra hələ bu yağışlı havada avtobusa qədər ayaqla gəlmişik, minənə kimi su olduq. Bir Allah bilir necə gəldik. Bir sözlə, bərbad. Hər dəfə AZAL-a şans verməyə çalışıram, amma getdikcə hər şey pisləşir".
Aysel hava yollarının son günlər etdiyi endirim kampaniyasını da pisləyib:
"Hələ guya 45% endirim ediblər. Dünən soruşuruq, guya 50 istiqamətə endirim var. Soruşduğumuz yer adi vaxt 1400 manatdırsa, indi 1470 manat olub. Gülməlidir sadəcə. Endirim bunun harasındadır? Hələ həmin yerə 600 manata da bilet satırdılar arada".


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.