Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Ənmar əl-Xayli Lionel Messi ilə müqavilə imzalamağa tam hazır olduqlarını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri bildirib ki, argentinalı ulduz “Əl-İttihad”a keçməyə razılıq verərsə, ona istənilən məbləğdə və istənilən müddətə, hətta ömürlük müqavilə də təklif edilə bilər.
Qeyd edək ki, Messi bu payız “İnter Mayami” ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb.