AZ

Cəlilabadda məktəb direktorunun avtomobillə vurduğu şəxsin vəziyyəti AÇIQLANDI

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan piyadanın vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxsin vəziyyəti stabildir:

"Yanvarın 13-ü saat 19:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1979-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".

Qeyd edək ki, hadisəni törədən Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr