AZ

Sevincə görə Toliki günahlandırdı

Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Brilyant Dadaşova geyimi ilə müzakirə yaradan müğənni Sevinc Ağaşirinovanı müdafiə edib. Tolikın aparıcılıq etdiyi verilişdə qonaq olan tanınmış sənətçi tənqidlərlə bağlı iradını birbaşa aparıcının özünə bildirib.

Hafta.az xəbər verir ki, Brilyant Dadaşova Sevinc Ağaşirinovanın üzərinə həddindən artıq gedildiyini və bu yanaşmanın doğru olmadığını vurğulayıb:

"Sən məndən kiçiksən, bu sözləri sənə deyə bilərəm. Onun üzərinə çox getdin. O xanım çox gözəl idi, sadəcə sənə vulqar göründü, amma əslində elə deyildi. Gözəl boy-buxunu var,  mən onu görmüşəm. Dost belə olmamalıdır, iradını kənarda bildirməli idin. Efirdə qadını pərt etmək olmaz".

Xalq artisti bildirib ki, dünyanın bu qədər ciddi problemlərlə üzləşdiyi bir dövrdə geyim müzakirəsi aparmaq yersizdir:

"Dünya dağılır, biz isə geyimi müzakirə edirik. Süni intellekt dövrüdür. Bizim xalqımız bu deyil. Musiqiçilərimiz, ziyalılarımız, həkimlərimiz var. Geyim müzakirə etməməliyik. İnsanın özünü ifadə formasıdır və diqqətlə seçilmiş libas hər zaman təqdir olunmalıdır. Sən bu kostyumu geyinmisən, bəyənirəm. Qarınlı kişi geyinsəydi belə, yenə bəyənərdim. Çünki diqqət göstərib geyinmisən".

Seçilən
15
2
hafta.az

10Mənbələr