ABŞ prezidenti Donald Tramp beynəlxalq arenada qəbul etdiyi qərarları şəxsi əxlaq prinsipləri ilə məhdudlaşdırdığını təsdiqləyib. Bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, o, həm amerikalıların, həm də digər tərəfin insanlarının əzab çəkməsini görmək istəmir.
"Mən əxlaqdan danışıram, mən yüksək mənəvi dəyərlərə malik insanam. Ölümü, xalqımızın əzab çəkməsini görməyi xoşlamıram. Həmçinin qarşı tərəfdəki insanların əzab çəkməsini də sevmirəm", - o bildirib.
Prezident bildirib ki, Venesuelaya müdaxilə zamanı amerikalı tərəfdən itki olmayıb, lakin digər tərəfdə çoxlu insan həlak olub və bu nəticələr onu qane etmir.
Gülnar