Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İspaniyanın “Real Madrid” klubunda baş məşqçi Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa yeni mövsümdə komandada əsas dəyişikliklər edib və özünün altı əsas köməkçisini təqdim edib. Bu heyət arasında diqqət çəkən isimlərdən biri Rikardo da Silvadir.Da Silva fiziki hazırlıq və taktiki işlərdə Arbeloanın sağ əlidir. Onun karyera yolu təkcə İspaniya ilə məhdudlaşmır, hətta bir zamanlar Azərbaycandan da keçib. Məşqçi 2013–2016-cı illərdə Azərbaycanın “U-19” qadın milli komandasında baş məşqçi Patrisiya Qonzalesin köməkçisi kimi çalışıb. Bu müddət ərzində Da Silva komandanın fiziki hazırlığı, taktiki oyun planı və məşqlərin idarə olunmasında mühüm rol oynayıb.Da Silvanın “Azərbaycan U-19” təcrübəsi, Arbeloanın “Real Madrid”in əsas komandası üçün qurduğu heyətin beynəlxalq perspektivə malik olduğunu göstərir. Bu təcrübə, həmçinin klubun fiziki hazırlıq və gənc oyunçuların inkişafında strategiyasına töhfə verəcək.Xəbərdə qeyd olunur ki, Arbeloa öz heyətini seçərkən təcrübəli və klub fəlsəfəsinə uyğun şəxslərə üstünlük verib. Antonio Pintus fiziki hazırlıq üzrə, Julian Karmona ikinci məşqçi olaraq heyətdə yer alır. Digər köməkçilər Kevin Kardeiro, Fransis Sançez və qapıçı məşqçisi Luis Llopis komandaya taktiki dəstək verirlər.Cavid, BakuPost Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.