AZ

Kiberpolisdən əməliyyat: sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən haker saxlanıldı

Bakı.Trend:

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Başİdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərinprofillərinin oxşarını yaradaraq onların dostluğunda olanvətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalargöndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsibarədə məlumatlar daxil olub.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən əməliyyat-texniki tədbirlərləqeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllərdəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolistərəfindən saxlanılıb*.

Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosialşəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onlarınadlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərindost siyahısında olan istifadəçilərə yazaraq guya “bankkampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaqimkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı”barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib.Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP”təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsaitZ.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətinigizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resurslarıvə elektron platformalara yönləndirib. *AraşdırmalarlaZ.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlumolub*.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanovistintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.

Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bankəməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kartməlumatları, “PIN, “OTP” və bu kimi digər təhlükəsizlik kodlarıtələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhaləlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumatvermək tövsiyə olunur.

Məqalədə:
Seçilən
79
47
az.trend.az

10Mənbələr