Rusiyada müharibədə ölənlərin həyat yoldaşları universitetlərdə pulsuz təhsil ala biləcəklər.
İnterpress.az xəbər verir ki, Rusiyada müharibə iştirakçılarının ailələri ilə bağlı mühüm qanun qəbul edilib.
Məlumata görə, Rusiya Dövlət Duması Ukraynadakı “xüsusi hərbi əməliyyat”da (SVO) həlak olan hərbçilərin həyat yoldaşlarının ali məktəblərdə pulsuz təhsil almasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Qərara əsasən, həlak olan hərbçilərin ərləri və ya arvadları universitetlərə imtahansız qəbul ola biləcəklər.
Onların əvvəllər ali təhsil alıb-almadıqlarına baxılmayacaq və hər kəs bu hüquqdan yararlana biləcək.
Rəsmilər bu qərarı həlak olanların həyat yoldaşlarının itkidən sonra sosial cəhətdən həssas və müdafiəsiz vəziyyətə düşməsi və dövlət dəstəyinə ehtiyac duyması ilə əsaslandırıblar.
Xuraman Etibarlı
İnterpress.az