AZ

SDQ Suriyada hücum təşkil etdi, ordu cavab verdi

PKK/YPG terror təşkilatının bir qolu olan SDQ Suriyanın Hələb əyalətində hücum təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilib ki, SDQ Hələb şəhərinin şərqində yerləşən Hamima kəndi yaxınlığında bəzi ordu mövqelərini və mülki şəxslərin evlərini pilotsuz uçuş aparatları (PUA) və ağır pulemyotlarla hədəfə alıb.

Həmçinin qeyd edilib ki, Suriya ordusu təşkilatın Deyr Hafir ətrafındakı mövqelərini artilleriya atəşi ilə hədəfə alaraq cavab verib.

Seçilən
53
publika.az

1Mənbələr