AZ

Dünya bankı 2026-2027-ci illərdə Cənubi Qafqazda iqtisadi artımla bağlı proqnozlarını verib

Bakı. Trend:

Cənubi Qafqaz ölkələrində iqtisadi artımın yaxın iki il ərzindəzəifləyəcəyi gözlənilir.

Trend xəbər verirki, bu barədə Dünya Bankının “Global Economic Prospects 2026” adlıyanvar hesabatında deyilir.

Dünya Bankının proqnozuna görə, Cənubi Qafqazda real ÜDM-inartımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% olacaq ki, bu da2025-ci il üçün olan proqnozlardan (3,7%) aşağıdır. Sənəddə qeydolunur ki, 2023-cü ildə region iqtisadiyyatı 4% artmış, 2024-cüildə isə iqtisadi artım sürətlənərək 5,8%-ə çatmışdır.

“Cənubi Qafqazda artımın 2026-cı ildə 3,3%-ə, 2027-ci ildə isə3,1%-ə yavaşlaması gözlənilir”,- hesabatda qeyd olunur.

Azərbaycanda iqtisadi fəallığın neft-qaz hasilatının azalması,dünya bazarında neft qiymətlərinin düşməsi və sərt fiskal siyasətsəbəbindən məhdud olacağı gözlənilir.

Ermənistan və Gürcüstanda isə artımın mülayim yavaşlamasıproqnozlaşdırılır, belə ki, özəl istehlak əvvəlki illərin yüksəksəviyyəsindən normal səviyyəyə qayıdır, həmçinin zəif pulköçürmələri və ixrac gəlirlərinin azalması cari əməliyyatlarbalansına təzyiq göstərəcək.

Dünya Bankı vurğulayıb ki, 2025-ci ilin avqustunda Ermənistan vəAzərbaycan arasında əldə olunmuş sülh sazişi mətnininparaflanmasının regional sabitliyi möhkəmləndirəcəyi və iqtisadiinteqrasiyanı dərinləşdirəcəyi gözlənilir ki, bu da uzunmüddətliartım perspektivlərinə dəstək olacaq.

Məqalədə:
Seçilən
140
1
az.trend.az

2Mənbələr