Bakı–Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində piyada keçidlərinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub.
"Yolu keçmək üçün arakəsmələrin arasından istifadə etməyə məcbur qalırıq. İşıqlandırmanın olmaması isə xüsusilə axşam və gecə saatlarında piyadaların həyatını daha da təhlükə altına qoyur. Bir sözlə, bu vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi risklər yaradır və qəza ehtimalını artırır", - deyə şikayətçi bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan problemlərin tezliklə aradan qaldırılmasını tələb edirlər.