Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın yeni FİFA referisi Tural Qurbanov UEFA-nın hakimlər üçün kursuna qatılacaq.
Bu barədə Fanat.Az-a açıqlamasında UEFA hakimlərinin fiziki hazırlıq üzrə baş məşqçisi, professor Verner Helsen bildirib:
"Yaxında UEFA tərəfindən Kiprdə kurs təşkil olunacaq. Tural Qurbanov da orada iştirak edəcək. Biz də Kiprə gedib onu diqqətdə saxlayacağıq".
Qeyd edək ki, 25 yaşlı Qurbanov 2026-cı ildən FİFA referisi statusuna yiyələnib.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.