AZ

"Karvan-Yevlax"dan ayrılan məşqçi bu komandanı çalışdıracaq

Azərbaycan II Liqasında çıxış edən "Xankəndi"nin yeni baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, bölgə klubu Zaur Hacıyevlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, bu postda İbrahim Uzuncanı əvəzləyib. UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.

Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.

saytlarin hazirlanmasi

Seçilən
8
sportal.az

1Mənbələr