Futbol üzrə ölkə çempionatında qış fasiləsinə 9 xalla 10-cu sirada yollanan “Kəpəz” mövsümün ikinci yarısına hazırlıqları davam etdirir.
Xezerxeber.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv toplanış müddətini Gəncədə keçirir.
Komanda da əhval ruhiyyənin yüksək olduğunu bildirən Azər Bağırov ona qədər legioner transfer limitinin keçildiyi faktının planlara ciddi şəkildə təsir göstərdiyini vurğulayıb.
Baş məşqçi əcnəbi futbolçu Cefersonun da heyətə qatılmadığı bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.