AZ

"Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Birinci qarşılaşma saat 12:00-da, ikincisi 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

Seçilən
47
6
fanat.az

10Mənbələr