AZ

Bellinqem sükutu pozdu: Alonso ilə arasında problem olub?

“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubunun sabiq baş məşqçisi Xabi Alonso ilə mümkün münaqişə barədə yayılan şaiyələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, ingilis futbolçu iddiaları təkzib edib. O, bu mövzuya şəxsi tətbiqində münasibət bildirib.

“İndiyə qədər bu cür məsələlərin çoxunun yanından səssiz keçməyə icazə verirdim və həmişə ümid edirdim ki, həqiqət zamanla üzə çıxacaq. Amma açığını desəm, bu cəfəngiyatdır. Bu klounların və onların guya "mənbələrinin" hər sözündən yapışan insanlar üçün doğrudan da heyfslənirəm. Oxuduğunuz hər şeyə inanmayın. Vaxtaşırı bu cür zərərli dezinformasiyanı klik və süni qalmaqal yaratmaq naminə yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ESPN və "The Athletic" Cud Bellinqemin Federiko Valverde və Vinisius Juniorla birlikdə Xabi Alonsonun ideyalarına ən az inanan futbolçular arasında olduğunu və buna görə problem yaşadıqlarını iddia etmişdi.

Seçilən
55
publika.az

1Mənbələr