AZ

Sülh institutlaşdırılması istiqamətində vacib addım

Yazını böyüt
Yazını kiçilt

"Dünənki bəyanat Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün institutlaşdırılması istiqamətində çox vacib və əhəmiyyətli bir addımdır".

Hafta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Forumundakı çıxışında xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubionun Vaşinqtonda birgə bəyanatını şərh edərkən bildirib.

O, deyib ki, sərhəd demarkasiyası komissiyaları işləyirlər:

"Əvvəl ehtimal etdiyimizdən daha sürətlə irəliləyirik, çünki Vaşinqton Bəyannaməsində Ermənistan Respublikası üçün regional kanalların açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qarşılıqlı faydalı ünsiyyətin təmin olunmasını təsbit etdiyimiz zaman Ermənistanın xarici dünya ilə dəmiryolu əlaqələri əldə edəcəyini güman etmişdik, amma düşünürəm ki, bu, Ermənistanın və beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verdi. Bu gün Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət Ermənistanın və beynəlxalq ictimaiyyətin, bəlkə də, hətta Azərbaycanın gözlədiyindən daha tez reallığa çevrilib".

Seçilən
81
hafta.az

1Mənbələr