AZ

Şagirdlər riyaziyyat məsələlərində riyaziyyatda yox, mətni anlamaqda çətinlik çəkirlər Təhsil eksperti

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün şagirdlər riyaziyyat məsələlərində riyaziyyatda yox, mətni anlamaqda çətinlik çəkirlər. Görünür mətn məsələləri şagirdin yaddaşını həddindən artıq yükləyir. Sadəcə vacib sözlərin altını çəkmək kifayət etmir”.

Təhsil ekspert Qoşqar Məhərrəmov bu fikirləri 525.az-a söyləyib. O qeyd edib ki, bu gün ən yaxşı nəticə verən üsullar var:

“Tapşırığın mətnini ardıcıllıqla oxumaq və deyilənləri diqqətlə anlamaq, icra etmək, şəkil və sxem çəkmək, məlumatları qruplaşdırmaq, oxlar, qeydlər, izahlar yazmaq. Bu üsulları edən uşaqlar məsələləri daha tez və daha düzgün həll edir. Yəni məsələ istedadla bağlı deyil. Məsələ məlumatı necə idarə etməklə bağlıdır. Düzgün strategiya olanda, çətin görünən məsələ aydın və həll edilə bilən olur”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr