Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakıda güclü küləyin fəsadları davam edir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a verilən məlumata görə, güclü külək Tbilisi prospekti ilə Mehman Bünyadzadə küçəsinin kəsişməsində ağacı aşırıb.
Müraciət əsasında birliyin əməkdaşları əraziyə cəlb olunublar. Əməkdaşlar tərəfindən aşmış ağaclar ərazidən götürülüb.
Qeyd edək ki, aşan ağac avtomobillərin üzərinə düşüb. Nəticədə "KIA Cerato" və "Range Rover" markalı avtomobillərə ziyan dəyib.




Aygün Mirakif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.