AZ

Mərkəz Binəqədi ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT

ain.az bildirir, Oxu.az portalına istinadən.

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin sakinləri ərazidə yaranmış nəqliyyat xaosundan şikayətçidirlər.

Oxu.Az-a sakinlərdən verilən məlumata görə, "Mərkəz Binəqədi" kimi tanınan meydanda uzun müddətdir nəqliyyat vasitələri xaotik şəkildə hərəkət edir. Avtomobillərin nizamsız idarə olunması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini artırmaqla yanaşı, piyadalar üçün də ciddi təhlükə yaradır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

"Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə keçirilən tədbirlər nəticəsində dayanma-durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin azalmasına və nəqliyyat sıxlığının yaranmasına səbəb olan sürücülərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Yol Polisi əməkdaşları nizamlayıcı qismində nəqliyyat vasitələrinin müvafiq istiqamətlər üzrə rahat və təhlükəsiz hərəkətini təmin edirlər.

Sürücülərdən ərazidə quraşdırılmış yol nişanlarına əməl etmələri və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri xahiş olunur", - deyə T.Nəsirli bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr