Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az xəbər verir ki, Dnepropetrovsk vilayətinin Mülki administrasiyasının rəhbəri Aleksandr Qanja bununla bağlı öz Telegram-kanalında paylaşım edib. “Axşam onlar raketləri Dneprovski rayonuna yönəldiblər. Gecə isə pilotsuz təyyarələrlə Krivoy Roq şəhərinə hücum ediblər. Yanğın baş verib, infrastruktura ziyan dəyib. PUA-lar həmçinin Pavloqrad, Ternovka və Verbkovsk icmasını hədəfə alıblar. Sinelnikovsk rayonundakı Şaxtarskoye də hücum olub”, - məmur yazıb. Onun sözlərinə görə, Nikopol, Marqanets və Pokrovsk icmalarının vurulması nəticəsində üç fərdi evə ziyan dəyib, lakin tələfat yoxdur. Qanja hava hücumundan müdafiə (HHM) qüvvələrinin Dnepropetrovsk vilayəti səmasında Rusiyanın 17 PUA-sının vurulduğunu bibldirib. Ukrayna mətbuatı, öz növbəsində, Rusiya hərbçilərinin yanvarın 14-nə keçən gecə Krivıy Roq şəhərinə PUA-ların kütləvi hücum həyata keçirdiyini yazır. - İnfrastruktur obyektlərinə endirilən zərbələr nəticəsində 700-dən çox yaşayış binası istiliksiz, 45 mindən çox müştəri isə işıqsız qalıb”, - şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul açıqlayıb. Su təchizatının generatorlara keçməsi səbəbindən sistemdə təzyiq aşağı düşəcəyini deyən Vilkul sakinləri su ehtiyatı saxlamağa çağırıb. 2025-ci ilin məlumatlarına əsasən, Krivoi Roqda təxminən 560 min insan yaşayırdı. Beləliklə, şəhər əhalisinin təxminən 8%-i işıqsız qalıb. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.