BAKI, 14 yanvar. TELEQRAF
Bakıda bir sıra restoranların sahibi, iş adamı Rüfət Bədirova məxsus “Face studio” gözəllik salonunun Afiyəddin Cəlilov küçəsindəki filialının yerləşdiyi qeyri-yaşayış sahəsi hərracda satılacaq.
Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxtın mərkəzində yerləşən və 182.6 m² ərazisi olan obyektin ilkin bazar dəyəri 1,7 milyon manat dəyərləndirilib.
Hərrac yanvarın 27-də start götürəcək.
Qeyd edək ki, “Face studio”nun sahibi Rüfət Bədirov rəssam həyat yoldaşı Fidan Həsənovadan boşanıb. Sözügedən obyektin hərrac yolu ilə satılması da bu proses çərçivəsində nəzərdə tutulan əmlak bölgüsü üçündür.