AZ

ABŞ fırıldaqçıların vətəndaşlığını ləğv EDƏCƏK

Ajans.az xəbər verir ki, o, bu bəyanatla Miçiqan ştatının Detroyt şəhərində keçirilən çıxışı zamanı çıxış edib. Tramp bildirib ki, ABŞ vətəndaşlarını aldatmaqda ittiham olunan, o cümlədən Somalidən və ya digər ölkələrdən olan naturalizasiya edilmiş şəxslər ölkədən deportasiya ediləcək. “Biz Somalidən və ya başqa yerlərdən gəlib vətəndaşlarımızı aldatmaqda ittiham olunan hər bir naturalizasiya olunmuş immiqrantın vətəndaşlığını ləğv edəcəyik. Onları buradan qovacağıq”, – deyə ABŞ prezidenti vurğulayıb. O əlavə edib ki, ABŞ-a fırıldaqçılıq məqsədilə gələn şəxslər sərt cəza ilə üzləşəcəklər:
“Əgər Amerikaya amerikalıları soymaq üçün gəlmisinizsə, sizi həbsxanaya salıb gəldiyiniz yerə geri göndərəcəyik”.

 

Seçilən
113
Ajans.az

1Mənbələr