Bakı.Trend:
14.01.2026-ci il tarixində saat 12:00 radələrində RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıtərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırışqeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Çağırış ünvanına dərhal təcili tibbi yardımbriqadası cəlb olunub.
"Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardımbriqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədəninmüxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon MərkəziXəstəxanasına hospitalizasiya olunub",- məlumatda bildirilib.
Qeyd edək ki, yerli KİV-lərdə bu gün Bakı-Sumqayıt yolunda beşavtomobilin iştirakı ilə baş verən zəncirvari qəza baş verməsihaqda məlumatlar yayılıb. Hadisənin yolun Xırdalan şəhərindən keçənhissəsində qeydə alındığı bildirilir.